26 Mart 2019, Çərşənbə axşamı - 08:28

T.Volff: “Fürsətçi deyilik”

T.Volff: “Fürsətçi deyilik”

Müəllif: Rauf Hacıyev, redaktor

12:18 - 27 Mart, 2018

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, gələcəkdəki qaydaları öz xeyirlərinə dəyişmək fikirləri yoxdur.

F-1.az xatırladir ki, Liberty Media 2021-ci ildə mühərrik reqlamentində dəyişikliklər etmək istəyir. Amma Mercedes və Ferrari yeni reqlamentdən narazıdırlar.

Toto Volff: “Reqlamenti öz xeyrimizə dəyişmək istəmirik. Bu hal sabah bizim əleyhimizə ola bilər. Reqlament bəlkə də, Mercedes-ə görə dəyişdirilir. Çünki hazırkı reqlament bizim üçün əla işləyir. Performansı salmaq üçün hər şeyə sıfırdan başlaya bilərlər. Amma bu baha başa gələ bilər. Biz reqlamentin dəyişməsini istəmirik. İki il ərzində istehsalçılar arasındakı fərqlər çox cüzi olacaq. Renault bu il bir az da yaxınlaşacaq. Honda da böyük addım atıb”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 189
Teqlər , , ,
Paylaş

logo