Volff: Bizim biznesdə şou və idman ayrılmazdır

“Squawk on the Street” proqramının efirində “Mercedes” komandasının lideri Toto Volff komandasının yenidən qələbəyə başlaya bilməsi üçün qazancdan imtina etməyə hazır olduğunu bildirib.

F-1.az xatırladır ki, sonuncu İspaniya yarışında komandanın sürücüləri Lyusi Həmilton və Corc Rassell podium dublu edərək, həm komandanın üzvlərinə, həm dəa zarkeşlərinə xoş sürpriz ediblər…

Toto Volff: “Trasdə yenidən qalib gəlmək üçün bütün qazancımı verməyə hazıram. Sadə bir iş adamı üçün bu, dəlilik kimi görünə bilər, amma biz fərqli şəkildə bağlanırıq. Biz qazanc üçün deyil, qələbə üçün yarışırıq. Önəmli olan qazanc deyil, bir dövrədə göstərilən zamandır.

Məsrəflərin məhdudlaşdırılması haqqında qanun bizim mühitdə çox şeyi dəyişdi, indi biz müəyyən məbləğdən artıq xərcləyə bilmərik, bu da Formula1-in maliyyə sabitliyini yaxşılaşdırdı. Komandaların gəliri xeyli artdı.

Mercedes komandası uzun illər dominantlıq edirdi, biz səkkiz il ardıcıl olaraq Mühəndislər Kubokunu qazandıq, lakin indi Red Bull daha yaxşı işləyir. Bu, meritokratiyadır, ən yaxşı mühəndislər qalib gəlir və siz qaydalara – texniki, idman və maliyyə reqlamentlərinə əməl etdiyiniz müddətcə, sadəcə özünüzü inkişaf etdirib onları məğlub etməlisiniz”.

Totoya bildirilib ki, ABŞ-də televiziya reytinqləri Ferstappen və Red Bull-un qələbələri səbəbindən aşağı düşür. Cavabında o bildirib ki, azarkeşlər müxtəliflik istəyirlər…

Toto Volff: “İnsanlara gözlənilməzlik lazımdır. Şoular və idman bizim işimizdə ayrılmazdır. Ancaq qaydalar var və bu qaydalarla kim qalib gəlsə, qalib olmağa layiqdir. Aydındır ki, hamımız fərqli qaliblər görmək istərdik. Amma bizim vəzifəmiz qələbə qazanmaqdır, serialda iştirak etmək deyil.

Düşünürəm ki, gələn il Red Bull ilə bərabər şəraitdə mübarizə apara biləcəyik. Son illərdə biz mühəndislik hissəsində bir neçə səhv addımlar atmışıq, bəzi səhv texniki qərarlar vermişik, lakin bu, mistisizm deyil, fizikadır – və biz tezliklə geri dönəcəyik. İspaniyada ikinci və üçüncü yerləri tutduq. Qələbə yalnız zaman məsələsidir, buna heç bir şübhəm yoxdur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*