13 Noyabr 2019, Çərşənbə - 22:24

Rəsmən: McLaren yenidən Mercedes mühərriklərinə qayıdır

Rəsmən: McLaren yenidən Mercedes mühərriklərinə qayıdır

Müəllif: Rauf Hacıyev, redaktor

12:00 - 28 Sentyabr, 2019

McLaren komandası 2021-ci ildən etibarən yenidən Mercedes mühərrikləri ilə yarışacaq. Tərəflər üçillik müqavilə bağlayıblar

F-1.az xatırladır ki, Britaniya komandası 1995-2014-cü illərdə Mercedes-lə tərəfdaşlıq etmiş və bu dövrdə 3 dəfə Sürücülər, 1 dəfə isə Mühəndislər kubokunda qalib olmuşdular. Daha somra 2015-2017-ci illərdə Honda, 2018-ci ildən Renault ilə tərəfdaşlığa başlayan McLaren uğursuzluq zolağına düşmüş və bu dövrdə ən yaxşı nəticəsi 5-ci yer olmuşdu.

Lakin 2019-cu ildə Andreas Zaydl və Ceyms Kinin gəlməsi ilə komandada təşkilatlanma işləri başa çatıb. Hazırda McLaren yeni aerodinamik boru və simulyator inşa edir.

Mercedes isə McLaren-ə mühərrik verməklə, peletondakı dörd komandanı motorla təchiz etmiş olacaq. Almanlar öz komandalarından başqa Racing Point və Williams-ı da mühərriklə təmin edirlər.

McLaren komandasının rəhbəri Zek Braun: “Bu müqavilə yenidən uğur qazanmaq üçün önəmli addımdır. Mercedes həm komanda kimi, həm də mühərrik istehsalçısı kimi güclü meyardır. Bu müqavilə səhmdarlarımızın inamını artırır və hədəflərimizdən xəbər verir”.

Mercedes Motorsport-un rəhbəri Toto Volff: “İki markanın nüfuzlu keçmişi olsa da, yeni müqavilə ilə gələcəyə fokuslanmalıyıq. McLaren bu il Renault mühərriki ilə mükəmməl performans göstərir. Uzunmüddətli müqavilənin McLaren üçün dönüş nöqtəsi olacağını düşünürük. Onlar zirvə uğrunda mübarizə aparmaq istəyirlər”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 383
Teqlər , , ,
Paylaş

logo