P.Vindzor: Rassell çətin anlarda zəifdir

Formula1 təhlilçisi Piter Vindzor düşünür ki, Corc Rassell yaxşı sürücü olsa da, qarışıq vəziyyətdə özünü itirir.

F-1.az xatırladır ki, britaniyalı sürücü 3 mövsüm Williams-da yarışdıqdan sonra 2022-ci ildə Mercedes-ə keçmiş və “gümüşü oxlar”ın heyətindəki ilk mövsümdə əfsanəvi Lyuis Həmiltonu geridə qoymuşdu.

Piter Vindzor: “O, limitlərdə inanılmaz performans göstərir. Ancaq işlər qaydasında olmayanda, mühəndislər sazlanma tapa bilməyəndə ya hava şəraiti dəyişəndə vəziyyəti pisləşir”.

,