Pirelli Avstriya Qran Prisi üçün təkər seçimini elan edib

Çempionatın yeganə təkər təchizatçısı olan Pirelli şirkəti mövsümün ilk səkkiz Qran Prisinə gətirəcəyi təkər tərkiblərini açıqlamışdı. Bu gün isə Avstriyada baş tutacaq mövsümün 9-cu yarışı üçün təkər seçimi elan edilib.

F-1.az bildirir ki, Red Bull Rinqə keçən il olduğu kimi, bu il də ən yumşaq üçlük – Soft, SuperSoft və UltraSoft tərkibləri gətiriləcək.

Bu il təkərlər ötənilkilərlə müqayisədə daha sərtdir və nisbətən gec aşınır. Buna görə də ən yumşaq üçlüyə tez-tez müraciət edilir. Artıq Avstraliya və Rusiya Qran Prilərinə bu tərkiblər gətirilib, Monako və Kanadada da biz məhz bu üçlüyü görəcəyik.

Avstriyada Soft və SuperSoft tərkiblər məcburi elan olunub…

Mərhələ / Tərkiblər UltraSoft SuperSoft Soft Medium Hard
Markalanma rəngi Bənövşəyi Qırmızı Sarı Narıncı
Avstraliya Qran Prisi  UltraSoft SuperSoft Soft
Çin Qran Prisi SuperSoft Soft Medium
Bəhreyn Qran Prisi SuperSoft Soft Medium
Rusiya Qran Prisi UltraSoft SuperSoft Soft
İspaniya Qran Prisi Soft Medium Hard
Monako Qran Prisi UltraSoft SuperSoft Soft
Kanada Qran Prisi UltraSoft SuperSoft Soft
Azərbaycan Qran Prisi SuperSoft Soft Medium
Avstriya Qran Prisi UltraSoft SuperSoft Soft
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*