Frederik Vassyör: “Son yarışlardakı uğurlu çıxışlardan sonra Avstriyaya nikbinliklə yollanırıq, lakin qarşıda hələ çox işin olduğunu yaxşı başa düşürük və diqqətimizi qorumağa davam etməliyik.
Bu həftəsonu mövsümün əvvəlindən bəri əməl etdiyimiz eyni yanaşma və əhvali-ruhiyyəni saxlayaraq, sessiyaları hər aspektdə nöqsansız keçirməyə çalışacağıq – trasda sürücülükdən pit-divarında strateji qərarların verilməsinə qədər.
Bilirik ki, hər həftəsonu yeni hekayədir, məhz buna görə də hər yarışı ayrı-ayrılıqda qiymətləndirərək çempionatda mübarizəni davam etdirəcəyik”.





