F.Vassyör: Bakı Şəhər Halqası ekstrem trasdır

Ferrari komandasının rəhbəri Frederik Vassyör bildirib ki, Bakıda külək tez-tez yön dəyişdirir.

F-1.az xatırladır ki, “qırmızılar” Bakıda elə də uğurlu keçmişə sahib deyillər. Onlar indiyənə kimi paytaxtımızda qələbəyə sevinə bilməyiblər.

Frederik Vassyör: “Bolid üzərində nə etdiyimizi və onun bolidə olan təsirindən danışmayacağam. Amma bir az stabil şey axtarırdıq və bunu bacardıq.

Bakıda fərqli vəziyyətdə oluruq. Bakı ekstrem trasdır, çünki çox küləklidir. Binaların arasından əsən külək döngədən-döngəyə yön dəyişdirir. Bu hamı üçün idman kimidir. Melburnda doğru yöndə addımlar atdıq və Bakıda bunu davam etdirməliyik”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*