Britaniyalı müğənni Səm Smit Azərbaycan Qran Prisi üçün Bakıya gəlir

“Qremmi” və “Oskar” mükafatlı pop ulduz aprelin 27-də Bakıda konsert proqramı ilə çıxış edəcək.

F-1.az Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinə istinadən bildirir ki, çox sayda mükafata layiq görülmüş və milyonlarla albom satışı ilə böyük uğur qazanmış britaniyalı müğənni Səm Smit Azərbaycan Qran Prisinin keçiriləcəyi yarış həftəsonunun şənbə günü, yəni aprelin 27-də axşam saatlarında Bakı Kristal Zalında canlı konsert verəcək.

BŞH-nin icraçı direktoru Arif Rəhimov Səm Smitin Bakıya gəlişinə münasibət bildirib…

Arif Rəhimov: “Azərbaycan Qran Prisinin keçiriləcəyi yarış həftəsonunun şənbə günü axşam saatlarında canlı konsert proqramı ilə çıxış edəcək Səm Smiti Bakıda qarşılayacağımız üçün çox şadıq. Özünəməxsus səsə malik bu musiqiçi yaradıcılığının ilk günlərindən etibarən dünyanın hər tərəfində özünə böyük dinləyici kütləsi cəlb edib. Əminəm ki, Azərbaycanda da sadiq dinləyiciləri olan Səm Smitin sıralanma turundan sonra baş tutacaq konserti yarış həftəsonumuzun unudulmaz anlarından birinə çevriləcək. Buna görə də, bütün avtoidman azarkeşlərini və musiqisevərləri biletləri indidən əldə etməyə və 26-28 aprel tarixlərində pilotların gərgin mübarizəsi fonunda baş tutacaq əyləncəli yarış həftəsonuna qoşulmağa çağırıram!”

Bütün bilet sahibləri konsertlərdə pulsuz iştirak edə biləcəklər. Bakı Şəhər Halqasından Kristal Zala tamaşaçıların gediş-gəlişi avtobuslar vasitəsilə həyata keçiriləcək.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*