F.Alonso hansı rəngi istəyir?

McLaren komandasının sürücüsü Fernando Alonso bildirib ki, builki bolidin İndy500-də yarışdığı maşınla eyni rəngdə olmasını istəyir.

F-1.az xatırladır ki, bəzi iddialara əsasən, McLaren komandası mövsümə yeni rəng çalatları ilə başlayacaq.

Fernando Alonso: “Yeni bolidin rəngini hələ görməmişəm, amma görəcəyik. İstənilən rəngə görə sevinərəm, ancaq narıncı rəng McLaren-in genində var və İndyCar-dakı kimi narıncı rəng mükəmməl olar. O, əla tədbir idi və çox güclü McLaren bolidini sürmüşdüm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*