K.Sayns: Alonso qələbəyə daha yaxındır

Ferrari komandasının sürücüsü Karlos Sayns düşünür ki, Fernando Alonso qələbəyə çox yaxındır.

F-1.az xatırladır ki, ispaniyalı ikqat Dünya Çempionu mövsümün ilk 3 yarışında 3 podium qazanıb və hazırda turnir cədvəlində 45 xalla 3-cü yerdədir. Ferrari isə ilk 3 yarışda podiuma belə yüksələ bilməyib.

Melburnda müəllimi Fernando Alonso ilə tımas yaşayan Karlos Sayns: “Ona üzr mesajı göndərdim. Bu təmasın yaşanmasını istəməzdim. Cəzadan narazı olsam da, kiçik bir səhv etdim. Yenə də Fernandoya təsiri olmadığı üçün sevincliyəm.

Fernando hazırda qələbəyə məndən daha yaxındır. Aston Martin bizdən daha sürətlidir. Amma biz də onlardan çox geri qalmırıq. Bir az geridə olsaq da, vəziyyət tezliklə düzələcək. Ümidimizi itirməyək. Ferrari-nin hədəfi hələ də qalib gəlməkdir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*