17 Noyabr 2019, Bazar - 01:22

M.Arrivabene: “Sürücülərimiz heç bir yerə getmirlər”

M.Arrivabene: “Sürücülərimiz heç bir yerə getmirlər”

Müəllif: Rauf Hacıyev, redaktor

13:27 - 08 Dekabr, 2016

Ferrari komandasının rəhbəri Mauritsio Arrivabene bildirib ki, Fettel və Rəykkönenin komanda ilə müqavilələri var və onlar heç bir yerə getməyəcəklər.

F-1.az xatırladır ki, Rosberq təqaüdə çıxdıqdan sonra Fettelin adı Mercedes komandası ilə hallanırdı.

Mauritsio Arrivabene: “Toto Volffun komandası Dünya Çempionu oldu. Onun yerində olmaq istəyərdim. Amma hazırda o, Rosberqin əvəzinə sürücü axtarır və görək vəziyyətdən necə çıxacaq.

Bizim sürücülərimizin adı Mercedes ilə hallanmamalıdır. Onların Ferrari ilə müqavilələri var və burada xoşbəxtdirlər.

Mövsüm barədə danışsaq, onu deyə bilərəm ki, uğursuz bir ili geridə qoyduq. Amma Yaponiya yarışından etibarən boliddə böyük inkişaf var idi və bu, bizə 2017-ci il üçün motivasiya verir. Mövsümə böyük hədəflərlə başlayıb, pis bitirmək bizi məyus etdi. Gələn il daha güclü olacayıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 577
Teqlər , , , , ,
Paylaş

logo