Mercedes rəqib sürücülərlə maraqlanmır

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, 2019-cu il mövsümü üçün rəqib sürücülərlə maraqlanmırlar.

F-1.az xatırladır ki, həm Həmiltonun, həm də Bottasın ilin sonunda Mercedes-lə müqavilələri başa çatacaq. Bəzi iddialara əsasən, “gümüşü oxlar” Rikkardo ilə maraqlanırlar.

Toto Volff: “Hazırda rəqib komandaların sürücüləri ilə maraqlanmırıq. Çünki əsas iki sürücümüzü dəstəkləməliyik. Əgər həyat yoldaşınızla xoşbəxtsinizsə, başqa qadın barədə düşünməzsiniz. Hazırda iki həyat yoldaşımız var. Okonu da saysaq, 3 olur. Buna görə də başqası ilə maraqlanmırıq. Bizə vaxt verin. İyul ayında daha dəqiq fikir bildirəcəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*