T.Volff: “Laudanın ölümü bizə pis təsir etdi”

Mercedes komandasının rəhbəri Toto Volff bildirib ki, Monako yarışı onlarçün çətin keçib.

F-1.az xatırladır ki, Mercedes komandasının qeyri-icraçı direktoru Monako yarışından əvvəl dünyasını dəyişmiş və “gümüşü oxlar” Monte Karlo küçələrində Lyuis Həmiltonla qalib gəlmişdilər.

Toto Volff: “Bu xəbər bizə pis təsir etdi. 2019-cu il bizim üçün çox çətin keçdi. Nikinin öldüyü Monako həftəsonu bizimçün çətin idi.

Hər gün onu düşünürəm və onun artıq komandada olmaması inanılmazdır. 2019-cu il bizimçün Nikini itirdiyimiz ildir. Niki ilə biz çox yaxın idik. O, mənim sirdaşım, dostum idi”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*