D.Rikkardo: Yaxşı dövrə atdım

McLaren komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, son sessiyaya qaldığı üçün sevinclidir.

F-1.az xatırladır ki, McLaren ilə son yarışına çıxan avstraliyalı pilot sıralanma turunda 10-cu yeri tutub. Lakin o cərimələndiyi üçün yarışa 13-cü yerdən başlayacaq.

Daniel Rikkardo: “Son sessiyaya qaldığım üçün sevinirəm. Bu il bunu həmişə bacarmırdım. Bu nəticə cəsarətvericidir və tempimiz yaxşıdır. Hər sessiyada onluğa düşə bilirdik. Ümid edirəm ki, yarış yaxşı keçər.

Strategiya necə olacaq bilmirik. Tək yox cüt pit-stop olacaq? Görək nə edirik.

Bir az da sürətli olsam, daha yaxşı nəticə alınardı. Pis dövrə olmasa da, ikinci sektorda şikanlarda vaxt itirdim. Buna görə də Fettel və Okonla mübarizə apara bilmədim.

Yarışı səbirsizliklə gözləyirəm. Startdan etibarən əlimdən gələni edib, yaxşı xallar qazanmağa çalışacam”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*