C.Ki: Son 25 ildəki ən çətin işimizdir

McLaren komandasının texniki direktoru Ceyms Ki düşünür ki, mövsümün ilk yarışındakı sıralanma təsadüfi olmayacaq.

 

F-1.az xatırladır ki, bu ildən idmana yeni texniki reqlament gələcək və bolidlər əməlli-başlı dəyişəcək. Bu bolidləri büdcə limiti ilə yığacaqlar. Buna görə komandalar resurslardan düzgün formada istifadə etməlidirlər.

Ceyms Ki: “Heyif ki, büdcə limiti və yeni reqlament üst-üstə düşdü. Bu da seçimlərimizi məhdudlaşdırdı. Aerodinamik boruda və CFD-də daha az vaxtımız var. Buna görə də 2022-ci il maşını üzərində işləmək son 25 ildəki ən çətin işim olacaq.

Məhdudiyyədlərə baxmayaraq, sıfırdan bir şey yığmaq gözəldir. Bu məhdudiyyətlər hamı üçün eynidir. Bunu bilmək gözəldir. İlk yarışdakı sıralanma təsadüfi olmayacaq. Mövsüm sona çatanda sıralanma dəyişəcək. Hər şey qaydasına düşəndə büdcə limiti çərçivəsində ağıllı davranan qabağa düşəcək”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*