C.Ki Mercedesdən razı qalıb

McLaren komandasının texniki direktoru Ceyms Ki yeni mühərrik təchizatçıları Mercedes-dən razı qalıb.

F-1.az xatırladır ki, britaniyalılar bu mövsüm 6 illik fasilədən sonra Mercedes motoruna qayıdacaq. Lakin yeni qaydalara əsasən McLaren bu motoru 2020-ci il bolidinə yerləşdirməlidir.

Ceyms Ki: “Məncə, biz yaxşı vəziyyətdəyik. Bəzi gecikmələr yaşasaq da, hər şey plan üzrə gedir. Düzü, işlərə daha tez başlamaq istərdik. Gec başlasaq da, hər şeyi qaydasına qoya bildik.

Mercedes-lə əlaqəmiz çox yaxşıdır. Bizə çox dəstək oldular. Vaxtımızın az olduğunu anladılar. Onlarla hər həftə əlaqə saxlayırıq. Son aylarda birlikdə yaxşı işləyirik. Məncə, işlər yaxşı gedir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*