21 Sentyabr 2019, Şənbə - 17:28

D.Rikkardo qəzanın səbəbini açıqlayıb

D.Rikkardo qəzanın səbəbini açıqlayıb

Müəllif: Rauf Hacıyev, redaktor

13:53 - 25 Mart, 2017

Red Bull komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, yeni bolidlər çox aqressiv olduğu üçün sıralanma turunda yerində fırlanıb.

F-1.az xatırladır ki, avstraliyalı sürücü sıralanma turunun son sessiyasında bolidinin arxasını itirərək, 14-cü döngədəki çınqıllı sahəyə çıxaraq baryerlərə çırpılıb. Yerli qəhrəman Rikkardo bu səhvinə görə öz ölkəsindəki yarışa 10-cu yerdən başlayacaq.

Daniel Rikkardo: “Hər şey bir göz qırpımında oldu. Arxa tərəf son həddə idi. Sonra sürüşməyə başladı. Vəziyyəti düzəltməyə çalışsam da, alınmadı.

Asfaltayatma qüvvəsi və asfaltla ilişmə çox olanda, idarəetməni itirdiyiniz zaman qəzalar şiddətli və aqressiv olur. Hələ öyrəniləsi çox şey var. Mən baryerlərə çox çırpılan sürücülərdən deyiləm. Buna görə də qəribə oldu. Xırda bir səhv məni baryerlərə apardı. Bolidin asfaltla ilişməsi çoxdur və bu, bizə kömək edir, amma işlər tərs gedəndə, sərt qəzalar olur. Onlar yeni canavarlardır. Bu barədə müsbət yönlü düşünürəm. Yeni bolidləri sevdim.

Amma mühəndislərə və özümə əlavə iş çıxardım. Onlar bolidi hazırlamaq üçün bütün günü işləməlidirlər. Sabah bir az aqressiv olacam. Ümid edirəm ki, yaxşı nəticə qazanıb, işçilərə pivə sifariş edərəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 175
Teqlər , , ,
Paylaş

logo