Rikkardo: Çox çalışdıq, amma alınmadı

Beyond The Grid podkastında Red Bull və McLaren mühəndislərinin işindəki fərqlə bağlı sualı cavablandıran Daniel Rikkardo deyib ki, McLaren xırda şeylərə çox diqqət yetirir.

F-1.az xəbər verir ki, avstraliyalı sürücü Britaniya təmsilçisində iki uğursuz mövsüm keçirdikdən sonra keçmiş komandasına ehtiyat sürücü kimi geri dönəcək.

Daniel Rikkardo: “Bütün komandaların çox oxşar yanaşması var, hər kəs əlindən gələni edir. Lakin McLaren-də biz sessiyadan sonra daha çox qalırdıq, çox güman ki, Red Bull-dan fərqli olaraq, daha bir neçə onda bir saniyələr qazanmağa çalışırdıq, xüsusən də son ildə.

Təəssüf ki, eyni zamanda xırda şeylərə çox vaxt sərf etdik, bir çox fərqli fikirləri sınaqdan keçirdik, çox enerji sərf etdik. Bəzən mənə elə gəlirdi ki, sadəcə əsas baza versiyaya qayıtmalıyam.

2021-ci ildə hətta mövsüm ərzində yanaşmanı bir az dəyişdik. Yay tətilindən sonra özümüzə sual verdik: “Yaxşı, bəlkə məlumat daha çoxdur?” Bilirsiniz, bu, bizə mövsümün ikinci yarısında daha çox uğur qazanmağa imkan verdi.

Tam olaraq nəyi səhv etdiyimizi bilsəydim, biz problemin həllini tapardıq. Komandanı daha yaxşı nəticəyə çalışdığına görə tənqid edə bilmərəm. Amma düşünürəm ki, indi hər iki tərəf əlini qaldırıb etiraf edə bilər ki, biz cəhd etdik, çalışdıq, özü də çox çalışdıq, amma bacarmadıq, alınmadı”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*