B.Ekklstoun sözlərinə aydınlıq gətirib

Berni Ekklstoun bir neçə gün əvvəl Rosberq barədə dediyi sözlərə aydınlıq gətirib...

F-1.az xatırladır ki, Ekklstoun bildirmişdi ki, əgər Rosberq çempion olsa, bunun idman üçün heç bir xeyri olmayacaq. Formula1-in rəhbəri əlavə etmişdi ki, onların Həmilton kimi çempiona ehtiyacları var.

Amma Ekklstoun bildirib ki, onun dedikləri media tərəfindən təhrif olunub: “Heyif ki, müsahibə verdiyim qəzet dediklərimin bir hissəsini dərc edib. Niko ilə aramda heç bir problem yoxdur. O güclü sürücüdür, amma Lyuis trasdan kənarda da bu idmanı layiqincə təmsil edir.

Rosberq çempion ola bilər, çünki o, buna layiqdir. Bu mövsüm əla performans göstərib. Amma Lyuisin trasdan kənar performansına baxın. O, Formula1-i daha yaxşı təmsil edir. Televiziya şoularında iştirak edir, qırmızı xalçalara çıxır və beləliklə, Formula1 markasını təmsil edir. Bu idmanın tanınması üçün bundan yaxşı misal göstərə bilmərəm.

Mən yenə də deyirəm ki, Lyuis sahib olduğumuz ən güclü çempiondur”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*