V.Bottas: “Bolidin potensialını göstərməmişik”

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, bolidin potensialını hələ göstərmirlər.

F-1.az xəbər verir ki, finlandiyalı sürücü testlərin 6-cı günündə 85 dövrə vurub və 1.18.560 zaman nəticəsi göstərərək, 3-cü olub.

Valtteri Bottas: “Bolid əla işləyir. Bu gün ilk dəfə sıralanma tempində işlədik və daha sonra yarış tempinə fokuslandıq. Məncə, inkişaf etdik, amma rəqiblərimiz çox sürətlidir. Barselonada hava qızır. Buna görə də daha yaxşı işləyib bolidi anladıq. Ancaq Soft təkərlərlə daha yaxşı performans göstərməliyik. Bolidin suyunu sıxıb çıxarmağı sevirəm. W09-un potensialını hələ göstərməmişik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*