V.Bottas: Mübarizə apara bilərdik

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, qırmızı bayraqlara görə poul uğrunda mübarizə apara bilməyib.

F-1.az xatırladır ki, Şarl Lekler sıralanma turunun bitməsinə 18 saniyə qalmış qəza edərək, qırmızı bayraqların çıxmasına və sessiyanın bitməsinə səbəb olub. Bottas bu əsnada özünün ən yaxşı sektor zamanı ilə gəlirdi. Lakin qırmızı bayraqlara görə finlandiyalı sürücünün əziyyəti boşa getdi.

Valtteri Bottas: “Qırmızı bayrağa görə son cəhdimi tamamlaya bilmədim və məyusam. Lakin idmanda belə hallar olur. Hər şeyi son cəhdimə saxlamışdım. İlk cəhdimdə zəif idim. Son cəhdimdə özümü yaxşı hiss edirdim və yaxşı gəlirdim. Buna görə məyusam. Son cəhdimdə poul uğrunda mübarizə apara bilərdik. Yarışda əlimizdən gələni edəcəyik. Monakoda hər şey ola bilər”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*