11 Dekabr 2018, Çərşənbə axşamı - 17:46

T.Volff: “Rosberqlə müqavilə bağlamağa tələsmirik”

T.Volff: “Rosberqlə müqavilə bağlamağa tələsmirik”

Müəllif: Rauf Hacıyev, redaktor

12:07 - 27 Aprel, 2016

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, Niko Rosberq ilə müqavilə bağlamağa tələsmir…

F-1.az xatırladır ki, Niko Rosberq Mercedes komandasına 2010-cu ildə qoşulub və almaniyalının müqaviləsi bu ilin sonunda bitəcək.

Toto Volff: “Rosberqin hazırkı performansına görə bəlkə də tələsməliyik. Müqavilə həmişə ikitərəfli olur və hər şey götür-qoy edildikdən sonra imzalanmalıdır. Hazırda hər şey bizim nəzarətimizdədir.

Rosberq uzun müddətdir ki, Mercedes ailəsinin vacib bir üzvüdür və əla performans göstərir. Buna görə də düşünürəm ki, onunla yenidən müqavilə bağlamaq üçün heç bir əngəl yoxdur, amma detallara baxmalıyıq.

Sözün düzü, bu əvvəl-axır məlum olmalıdır, amma hər iki tərəf də bu mövzuda çox rahatdır”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 357
Teqlər , , ,
Paylaş

logo