McLaren yeni MCL35-i təqdim edib

McLaren komandası 2020-ci ildə yarışacağı MCL35 bolidini təqdim edib.

F-1.az xatırladır ki, Formula1-in ən titullu üçüncü komandası keçən il nəhayət ki, qənaətbəxş nəticə göstərmiş və beşillik fasilədən sonra Braziliyada Karlos Saynsla podium qazanmışdı. MCL35 komandaya keçən il qoşulan Ceyms Kinin düzəltdiyi ilk McLaren-dir. Komanda bu bolidi hazırlamaq üçün uzun müddət idi işləyirdi.

Bolidin rəngi keçənilki kimi narıncı-mavidir. Lakin bu il rəng çalarları MCL34-dən fərqlənir. Bolidin alt qismində qara rəng də görürük. Britaniyalılar bolidin burun hissəsində ciddi dəyişikliklər ediblər. Bundan başqa komanda Ferrari və Red Bull kimi mat rəngi seçib.

Andreas Zaydl: “Bütün komanda üçün vacib andır. Aylarla davam edən işlərdən sonra hamı McLaren MCL35-i gördü. Komandanın bütün işçiləri bolid vaxtında hazır olsun deyə əllərindən gələni etdilər. Karlos və Lando keçən il çox qərarlı idilər. Yeni mövsümə hazırlanmaq üçün əllərindən gələni etdilər. Onlarla işləməyi səbirsizliklə gözləyirik. Yeni çıxdığımız yolda bu gün növbəti addımı atırıq. Çətin mövsüm olacaq və Formula1-də heç nə asan deyil. İndi isə bizi altıgünlük qış testləri gözləyir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*