19 Sentyabr 2019, Cümə axşamı - 10:50

C.Palmer Renault-da qaldığı üçün xoşbəxtdir

C.Palmer Renault-da qaldığı üçün xoşbəxtdir

Müəllif: Rauf Hacıyev, redaktor

13:51 - 10 Noyabr, 2016

Renault ilə yeni müqavilə bağlayan Colion Palmer gələn il də komandada qalacağı üçün xoşbəxt olduğunu bildirib.

F-1.az xatırladır ki, britaniyalı sürücü mövsümün ikinci yarısında güclü performans göstərmiş və bu, Renault komandasına təsir etmişdi.

Colion Palmer: “Renault komandasında ikinci mövsümümü keçirəcəyim üçün çox şadam. Komandanın mənə olan inamına yarışda cavab verəcəm. 2015-ci ildən bəri Enstounda işləyirəm. Onların builki yenidən qurulmasını təqdir edirəm.

Öyrənmək müddəti mənim üçün çətin keçdi, amma həmişəkindən yaxşı performans göstərirəm və daha yaxşısını edəcəyimə inanıram. Bu cür komandanın tərkibində olduğum üçün fəxr edirəm”.

Qeyd edək ki, Palmer 2014-cü ildə GP2 üzrə Dünya Çempionu olaraq Lotus-un ehtiyat sürücüsü seçilmişdi. Britaniyalı bu mövsüm Malayziyada Formula1 karyerasının ilk xalını qazanmışdı.

Renault Motorsport-un rəhbəri Jerom Stoll da Palmerlə müqaviləni uzatdığı üçün şaddır: “Gələn mövsüm də Colionu komandada tutduğumuz üçün sevincliyik. Colion komanda ilə bir yerdə inkişaf etdi və uğura ac olduğunu göstərdi. Mövsüm ərzində təsiredici performans göstərdi. Colion və Hülkenberq cütü bizə hədəflərimizə çatmaqda kömək edəcək.

Colion komanda ruhunu yaxşı başa düşür və hamıya motivasiya verir. Colion və Niko komanda üçün yeni nəfəs olacaqlar və komandaya böyük uğurlar qazandıracaqlar”.

Çox güman ki, Maqnussen gələn mövsüm Haas ilə, Okon isə Force İndia ilə müqavilə bağlayacaq.

Jerom Stoll: “Bu il bizim üçün əla işlər görən Kevin Maqnussenə təşəkkür edirik və ona növbəti mövsümdə uğurlar arzu edirik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 789
Teqlər , , , , ,
Paylaş

logo