McLaren Razılıq Müqaviləsini imzalayan ilk komanda olub

McLaren komandası 2021-2025-ci illəri əhatə edən Razılıq Müqaviləsini imzalayan ilk komanda olub.

F-1.az bildirir ki, komandalar bu müqaviləni ayın sonuna qədər imzalamalıdırlar. McLaren və Ferrari yeni müqavilədən razı idilər. Mercedes isə əksinə narazı olduqlarını dilə gətiriblər. Buna baxmayaraq, bütün komandalar bu həftə müqaviləni imzalamalıdır.

McLaren komandası sosial şəbəkədə bu mətni yayaraq, müqaviləni imzaladıqlarını bildirib: “McLaren komandası 2025-ci ilə qədər qüvvədə olacaq müqaviləni imzalamışdır və bununla da idmana bağlı olduğunu yenidən sübut etmişdir”.

Zek Braun: “Bu müqavilə idmanın gələcəyi üçün vacibdir. Hazırda bütün tərəflər üçün ən əlverişli müqavilə budur. Bu müqavilə bütün istehsalçıları daha güclü edəcək”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*