K.Sayns: McLaren bizi keçə bilər

Ferrari komandasının sürücüsü Karlos Sayns düşünür ki, McLaren yenidən onları keçə bilər.

F-1.az xatırladır ki, Ferrari və McLaren Mühəndislər Kubokunda üçüncü yer uğrunda mübarizə aparırlar. İtalyanlar son yarışlarda daha yaxşı nəticələr alaraq, sona 3 yarış qalmış əzəli rəqiblərini 31 xal qabaqlayıblar.

Karlos Sayns: “Çempionatda böyük fərqlə üstün olsaq da, heç nə bitməyib. Növbəti 3 yarışda yaxşı nəticələr alsalar, yenidən mübarizəyə qayıdarlar. Qətər və Səudiyyə Ərəbistanı onlar üçün mükəmməl olacaq. Diqqətli olmalıyıq.

Komanda olaraq yalnız şassidə və motorda yox, hər sahədə inkişaf etdik. Pit-stopları və strategiyanı yaxşılaşdırdıq və yaxşı işləməyə başladıq. Artıq daha yaxşı həftəsonları keçiririk. Düzdür, güclü maşın da bizə kömək edir, amma komanda da əla işləyir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*