Force İndia komandası Pereslə danışıqlara başlayıb

Bu barədə məlumatı komandanın rəhbəri Vicey Malya Autosport-a müsahibəsində verib.

F-1.az bildirir ki, Serxionun müqaviləsi bu ilin sonunda başa çatır və onu Renault-da Colion Palmerin yerinə namizədlərdən biri kimi göstərirlər.

Vicey Malya: “Biz onunla danışıqlara başlamışıq. Mən adətən yeni bir sürücü ilə danışıqlar aparmazdan əvvəl öz sürücülərimizlə yenidən müqavilə bağlamağı üstün tuturam. Çeko çox istedadlı və təcrübəli sürücüdür, buna heç bir şübhə yoxdur. Həm də çox şadam ki, Esteban ona həmişə motivasiya verir.

Sürücülərin komandadan razı olması yaxşı şeydir. Biz onları rəqabətə imkan verən maşınla təchiz edirik. Əlbəttə, Mercedes, Ferrari kimi komandalara keçmək şansları yaranarsa, bundan istifadə etməlidirlər. Onların yolunu kəsə bilmərəm, lakin indi başqa komandaya keçmələrinə səbəb də görmürəm. Force İndia-da xoş əhval-ruhiyyə var, onlar komandamızdan razıdırlar və birlikdə işləyirlər”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*