D.Kulthard: Peresin gedəcək yeri yoxdur

Sabiq Formula1 sürücüsü Devid Kulthard bildirib ki, Serxio Peresin gedə biləcəyi bir yer yoxdur.

F-1.az xatırldır ki, Ferstappen Braziliyada Peresə yerini verməyəndən sonra meksikalı sürücü komanda yoldaşından incimişdi.

Devid Kulthard: “Bu sözləri hamı eşitdi. Komanda ondan bir şey istədi və o rədd etdi. Maks onsuz da cavabını vermişdi və komandası eyni sualı yenidən soruşdu.

Əgər geriyə baxsaq, Serxio az qala 2020-ci ildə Formula1-dən gedirdi və heç kim onu istəmirdi. Lakin Red Bull ona fürsət verdi və ona qələbə qazana bilən maşın verdi.

Peres bəzi yarışlarda komanda yoldaşını keçsə də, ümumilikdə Ferstappenin gerisində qaldı. Bəzən uğurlu idi. Qazandığı qələbələr məndə xoş təəssürat yaratdı.

Bir vaxtlar Williams-da yarışanda Ferrari-dən mənə təklif gəldi, amma müqavilədə bir şərt var idi – Nə olursa-olsun, Mixael Şumaxerə yerimi verəcəm.

Sonra McLaren-dən təklif gəldi. Onlar sürücülərini bərabər statusda yarışdırırdılar. Belə olan halda ora getdim. Daha sonra Mika Həkkinen iki dəfə Dünya Çempionu oldu, çünki sürətli idi. Çempionluqları bunun hesabına qazandı.

Mikaya yerimi verməklərini istəyəndə riayət edirdim, çünki başqa çarəm yox idi. Əks halda komandadan ayrılacaqdım. Gedəcək yerim də yox idi və buna görə də yarışmağı seçdim.

Serxio bir şeyi bəyənməsə, gedə bilər. Amma hara gedəcək? Maks Dünyanın ən yaxşı pilotlarından biridir. Mixael Şumaxer və Ayrton Senna kimi sürücülər komandaları ilə bəzi problemlər yaşamışdılar. Bu onların qanlarında var və belə etməklə uğur qazanırlar. Bura şou dünyasıdır. Burada dostunuz olmur”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*