H.Marko: “Ki heç bir yerə getmir”

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, McLaren komandası Toro Rosso-nun texniki direktoru Ceyms Kini uzun müddət heyətinə qata bilməyəcək.

F-1.az xatrladır ki, Britaniya komandası həftənin 4-cü günü bu barədə açıqlama versə də, dəqiq tarix bildirməyib. Qeyd edək ki, Kinin “qırmızı buzovlar”la müqaviləsi 2019-cü ilin sonunda bitəcək.

Helmut Marko: “Toro Rosso ilə uzunmüddtəli müqaviləsi var. Zek ilə danışdıq, amma bizə geribildirim verməkdənsə, mətbuata açıqlama verdi. Buna görə də müqaviləyə sadiq qalacağıq. McLaren uzun müddət gözləyəcək. Vəziyyəti təhlil etmək istəyirik. McLaren mətbuata açıqlama verəndə biz də qanuni proseslərə baxmalıyıq. Amma onu dəqiq deyə bilərəm ki, Ceymsi buraxmayacağıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*