17 Dekabr 2018, Bazar ertəsi - 07:40

Williams Bəhreyndə real gücünü görmək istəyir

Williams Bəhreyndə real gücünü görmək istəyir

Müəllif: Rauf Hacıyev, redaktor

09:04 - 06 Aprel, 2018

Williams komandasının texniki direktoru Pəddi Lou bildirib ki, Bəhreyndə komandanın real gücünü görmək istəyir.

F-1.az xatırladır ki, Avstraliya yarışı Britaniya komandası üçün pis keçmişdi. Sirotkin mübarizəni vaxtından əvvəl dayandırdığı halda, Stroll finişdə 14-cü ola bilmişdi.

Pəddi Lou: “Bəhreyn 2018-ci ilin təqvimində ilk normal yarış trasıdır və burada havanı əvvəlcədən proqnozlaşdırmaq mümkündür. Burada komandaların performanslarını daha yaxşı müqayisə etmək olar. Yeni təkərlərin Bəhreyndəki performansı da maraqlıdır. Onlar fərqli strategiyalara şərait yarada bilərlər.

Sergey ilk yarışda plastik torbaya görə yarışı bitirə bilmədi. Ümid edirəm ki, Saxirdə karyerasında ilk dəfə finişə çata bilər”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 201
Teqlər , , , ,
Paylaş

logo