F.Massa peşman deyil

Əbu Dabi Qran Prisində son yarışına çıxmağa hazırlaşan Felipe Massa bildirib ki, karyerası ilə bağlı heç bir peşmaçılığı yoxdur.

F-1.az xatırladır ki, braziliyalı sürücü keçən il karyerasını bitirsə də, Rosberqin gözlənilməz istefasına görə idmana qayıtmalı olmuşdu.

Felipe Massa: “Hazırda özümü rahat hiss edirəm. Evdən çıxanda son yarışıma gedirəmmiş kimi hiss etmədim. Buraya gələndə əsas məqsədim həzz almaq idi və buna görə də əlimdən gələni edəcəm. Həyatımda yeni səhifə açılacaq və bundan həzz almalıyam. Heç nəyə görə peşman deyiləm. Karyerama görə fəxr edirəm. Mükəmməl insanlarla işlədim və böyük uğurlar qazandım. İndi növbəti addımı atmağa hazırlaşıram. Heç bir qərar verməmişəm. Düşünmək üçün vaxtım var”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*