Williams-ın C.Batton şayiələri artır

2009-cu ildə Brawn GP komandasında çempion olduqdan sonra McLaren-ə keçən və hazırda komandada 7-ci mövsümünü keçirən Censon Battonun bu ilin sonunda Williams-a keçəcəyi barədə söhbətlər səngimək bilmir.

F-1.az xəbər verir ki, Battonun müqaviləsi mövsümün sonunda bitir və onun yerinə Stoffel Vandornun gələcəyi gözlənilir. Belə bir vəziyyətdə Battonun karyerasını bitirəcəyi gözlənilirdi, lakin Williams onu transfer etməkdə çox maraqlıdır. Britaniya mətbuatının iddialarına görə, Batton Williams-la müqavilə bağlamağa çox yaxındır. Censonun McLaren Honda-nın artıq 2-ci mövsümdür ki, çox zəif təsir bağışlamasına görə, Williams-a keçiddə maraqlı olduğu bildirilir.

Lakin McLaren Honda rəhbərliyi hələ ki, heç bir qərarın verilmədiyini bildirir.

Ron Dennis: “Sürücülərimiz barədə İtaliya Qran Prisi başa çatana qədər danışmayacayıq. Qərar vermək üçün ən məntiqli vaxt sentyabr ayının sonudur və həmin vaxt bununla bağlı yığıncağımız olacaq. Hazırda 2 dünya çempionumuz və bir gənc, həvəsli sürücümüz var. Hər bir şeyi nəzərə almalıyıq.

Hələ ki, mövsümün ortasındayıq və indi bu barədə danışmaq heç də düz olmaz. Gələcək illərlə bağlı qərarlar vermək üçün indi çox tezdir”.

Battonun Williams-a keçməsi halında Felipe Massanın Renault-ya keçəcəyi və ya karyerasını bitirəcəyi gözlənilir.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*