F.Alonso: Yaxşı başladıq

Aston Martin komandasının sürücüsü Fernando Alonso bildriib ki, yenə yaxşı başlayıblar.

F-1.az xatırladır ki, Bəhreyndə podiuma yüksəlmiş ispaniyalı sürücü Ciddədə cümə sərbəst yürüşlərini ikinci yerdə bağlayıb.

Fernando Alonso: “Məncə, cümə günü alınan nəticələr dəqiq deyil. Bəhreyndə də cümə günü yuxarı pillələrdə olsaq da, sıralanma turunda 5-ci yeri tutduq. Hətta az qala altıncı olurduq.

Sıralanma turuna qədər hər şey müəmmalıdır. Ancaq boliddə bəzi şeyləri sınadıq. Məncə, balans yaxşı deyil. Buna görə də asfaltla ilişmə tapmalıyıq. İndiyə kimi hər şet yaxşıdır. Yaxşı başladıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*