L.Həmilton Williams və McLaren komandalarının güclənməsini istəyir

Mercedes komandasının sürücüsü Lyuis Həmilton arzu edir ki, McLaren və Williams komandaları əvvəlki güclərinə qayıdaraq, yenidən çempionluq uğrunda mübarizə aparsınlar.

F-1.az xatırladır ki, McLaren komandası 2012-ci ildən, Williams komandası isə 2003-cü ildən sonra çempionluq uğrunda mübarizə apara bilməyiblər.

Həmilton isə 2012-ci ilin sonunda McLaren komandasından Mercedes-ə transfer olunduqdan sonra 33 yarış və 2 Dünya Çempionu titulu qazanıb.

Lyuis Həmilton: “McLaren və Williams kimi komandalar böyük keçmişə sahibdirlər və onların hazırkı vəziyyəti məyusedicidir. Ferrari, Mercedes və McLaren komandalarında çox böyük istək, əzm var. Bunun da səbəbi orada yarışan sürücülərdir. Ümid edirəm ki, uşaqlıqda evdə izlədiyim və böyük uğurlar qazanan bu iki komanda yenidən qələbələr uğrunda mübarizə aparar. Belə olan halda, çempionat da mükəmməl olar”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*