14 Noyabr 2018, Çərşənbə - 15:50

Bəhreyn-2018: Sıralanma turu

Bəhreyn-2018: Sıralanma turu

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

20:26 - 07 Aprel, 2018

İki həftə əvvəl Melburnda Həmiltonun sıralanma turunda inamlı qələbəsi və yarışın gedişində Təhlükəsizlik Maşınına qədər daha inamlı liderliyi ekspertlərdə qüvvələr nisbəti barədə rəy formalaşdırmışdı.

Amma bu həftəsonu Bəhreyndə məşqlərin heç birində Mercedes sürücüləri protokollara başçılıq edə bilməyiblər. Sonuncu dəfə belə hal keçən il Malayziya Qran Prisində yaşanmışdı.

F-1.az bildirir ki, cümə günü ilk məşqlərdə Rikkardo, axşam isə Rəykkönen ən sürətli olmuşdular. Bu gün səhər finlandiyalı sürücü Ferrari-nin güclü olmasını sübut edib – Kimi bütün həftəsonu ərzində komanda yoldaşından sürətli olub. Mercedes sürücüləri məşqlərdə SuperSoft tərkibi ilə problem yaşayıblar. Lyuisin ötürmələr qutusunu vaxtından əvvəl dəyişməsinə görə aldığı 5 yer itirmək cəzası qarşıdakı sessiyalara marağı artırıb.

Pirelli Bəhreynə Medium, Soft və SuperSoft tərkiblərini gətirib. Medium-dan komandalar ancaq günorta sessiyalarında istifadə ediblər, SuperSoft və Soft arasındakı fərq isə nəzərdə tutulandan çox olub.

Birinci sessiyada Ferrari sürücüləri və Bottas Soft-dan istifadə ediblər, digər sürücülər isə trasa SuperSoft-la çıxıblar. Hartlinin maşını quş vurub və antiqanadını dəyişmək üçün boksa yollanıb. Qrojan təkərləri bloka salıb, trasdan çıxıb və təkər dəstini korlayıb.

Sessiyanın sonun 5 dəqiqə qalmış qırmızı bayraqlar dalğalanıb -0 2-ci döngənin çıxışında Maks Ferstappen trasdan çıxıb və baryerlərə çırpılıb. Sürücü kokpiti özü tərk edib, RB14 təxliyə olunub.

Sessiyanın son dəqiqələrində 3 güclü komandanın sürücülərindən başqa hamı trasa tələsib. Alonso və Qrojan eyni nəticəni göstərsələr də, ispaniyalı sürücü bunu daha əvvəl etdiyi üçün mübarizəni davam etdirib.

Kimi Rəykkönen sarı təkərlərlə protokollara başçılıq edib – 1:28.951. Mübarizəni isə Qrojanla bərabər Williams və Sauber sürücüləri tam heyətlə dayandırıblar.

İkinci sessiyada yalnız Həmilton trasa Soft tərkibi ilə çıxıb – sabah britaniyalı sürücü yarışa bu təkərlərlə başlayacaq və fərqli strategiyada olacaq.

Fettel ilk cəhdində protokollara başçılıq edib – 1:28.341. Mübarizəni isə bu sessiyada iştirak etməyən Ferstappenlə birlikdə Hartli, Peres və McLaren sürücüləri dayandırıblar.

Honda motoru quraşdırılmış Toro Rosso sürücüləri hər iki McLaren sürücüsündən üstün olublar. Qasli isə karyerasında ilk dəfə son sessiyaya keçə bilib.

Son sessiyada hamı SuperSoft-dan istifadə edib. Hülkenberq, Maqnussen və Okon yalnız bir cəhd ediblər. Fettel ilk cəhdində – 1:28.196 nəticə göstərsə də, Rəykkönen onu üstələyib – 1:28.101. İkinci cəhdində isə almaniyalı sürücü trafikdə ləngiyən komanda yoldaşını qabaqlayıb – 1:27.958.

Beləliklə, Sebastyan Fettel Bəhreyndə 51-ci poulunu qazanıb və sabah 200-cü yarışına ön cərgədən Kimi Rəykkönenlə yollanacaq. Sonuncu dəfə keçən ilin Macarıstan yarışında ilk cərgəni “qırmızılar” tam zəbt etmişdilər.

Sabah ikinci cərgədən Bottas və Rikkardo, üçüncü cərgədən isə Qasli və Maqnussen start alacaqlar. Həmilton isə yarışa 9-cu yerdən başlayacaq. Start və yarış çox maraqlı olacaq!

YerNSürücüKomanda1-ci sessiya2-ci sessiya3-cü sessiya
YerZamanDövrəYerZamanDövrəZamanDövrə
15Sebstyan FettelFerrari21:29.060311:28.34131:27.9587
27Kimi RəykkönenFerrari11:28.951331:28.51531:28.1017
377Valtteri BottasMercedes AMG31:29.275341:28.79461:28.1247
444Lyuis HəmiltonMercedes AMG51:29.396421:28.45861:28.2206
53Daniel RikkardoRed Bull61:29.552351:28.96231:28.3986
610Pyer QasliToro Rosso91:30.121691:29.83661:29.3286
720Kevin MaqnussenHaas71:29.594771:29.62361:29.3583
827Niko HülkenberqRenault111:30.260661:29.18761:29.5703
931Esteban OkonForce İndia121:30.3386101:30.00961:29.8744
1055Karlos SaynsRenault81:29.893681:29.80261:29.9866
1128Brendon HartliToro Rosso131:30.4129111:30.1056
1211Serxio PeresForce İndia101:30.2185121:30.1566
1314Fernando AlonsoMcLaren151:30.5306131:30.2126
142Stoffel VandornMcLaren141:30.4796141:30.5256
1533Maks FerstappenRed Bull41:29.374415
168Roman QrojanHaas161:30.5307
179Markus ErikssonSauber171:31.0639
1835Sergey SirotkinWilliams181:31.4148
1916Şarl LeklerSauber191:31.4208
2018Ləns StrollWilliams201:31.5038

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 611
Teqlər , , , , ,
Paylaş

logo