Bəhreyn-2021: Yarışa hava proqnozu

Saxirdə şənbə və bazar günləri hava isti, həm də 2 həftə əvvəl baş tutan mövsümöncəsi testlərdən fərqli olaraq küləksiz olub. Lakin Bu günə güclü külək proqnozlaşdırılıb.

Küləyin sürəti günortadan sonra 48 km/saata çatacaq. Qum fırtınası mümkündür, lakin yarışın startına qədər vəziyyət düzəlməlidi.

F-1.az avtodromun rəsmi saytına istinadən xəbər verir ki, günəş yerli saatla 17:52-də batacaq, sürücülər isə 18:00-da isinmə dövrəsinə yollanacaqlar. Bu vaxt havanın temperaturu 21 dərəcəyə qədər enəcək. Yağıntı gözlənilmir.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*