S.Peres komandasından razı qalıb

Force İndia komandasının sürücüsü Serxio Peres komandasının inkişafından razı qalıb.

F-1.az xatırladır ki, Force İndia cümə günü Williams-dan geri qalsa da, şənbə günü britaniyalıları qabaqlaya bilib. Hülkenberq və Peres 8-ci və 9-cu yerləri tutduqları halda, Bottas 11-ci, Massa isə 13-cü olublar.

Serxio Peres
: “Sıralanma turundan əvvəl doğru sazlanmaları edərək, irəliyə doğru böyük addımlar atdıq və bu, son sessiyaya qalmağımıza kömək etdi. Xüsusən də ilk sessiya çətin keçdi. Zaman nəticələri bir-birlərinə yaxın idi. Bu tras çox qısadır və bir səhv sizə baha başa gələ bilər. Buna görə də mükəmməl bir dövrə vurmalı idim. Niko ilə çox yaxın idik. Məni çox az fərqlə qabaqladı. Son döngədə kiçik bir səhv etdim və vaxt itirdim. Bu səhv olmasaydı, daha yaxşı nəticə əldə edə bilərdim”.

Hülkenberq də Force İndia-nın performansından razı qalıb: “Yarış üçün bolidimiz çox güclüdür. Məncə, yaxşı xallar qazana bilərik. Yarış tempimiz yaxşı idi. Amma burada hava tez-tez dəyişir. Yarışda görək nə olur”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*