Əbu Dabi-2020: Birinci sərbəst yürüşlər

Təqvimdə dekabrın ortalarında ilk dəfə özünə yer tapan Əbu Dabidə hava çox yaxşı olub. Komandalar bundan istifadə edərək proqramlarını yerinə yetirə biliblər.

F-1.az bildirir ki, koronavirus testi müsbət çıxdığı üçün keçən yarışı buraxmalı olan Lyuis Həmilton geri qayıdıb, Corc Rassell isə doğma komandası Williams-a dönüb. Keçən yarış Corcu əvəzləyən Cek Eytken bu dəfə mübarizəni kənardan izləməli olacaq.

İki komanda ehtiyat sürücülərdən istifadə edib – Robert Kubitsa ilk məşqdə Antonio Covinatsini əvəz edib, Haas-da isə Kevin Maqnussenin maşınının sükanı arxasına isə Mik Şumaxer keçib.

Bir çoxları gələn il üçün nəzərdə tutulmuş yenilikləri sınaqdan keçirib. Rikkardo yanacaq təzyiqi sistemində problem olduğu üçün boksa qayıdıb və məşqlər onun üçün erkən başa çatıb. Danielin motorunun onsuz da dəyişdirilməsi planlaşdırılırdı.

Həmilton da əyləclər həddindən artıq qızdığı üçün maşını mexaniklərə təhvil verib və xeyli vaxt itirib.

Protokollara Maks Ferstappen başçılıq edib – 1:37.378. Məşqlər axşam davam edəcək.

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 33 Maks Ferstappen Red Bull 1:37.378 26
2 77 Valtteri Bottas Mercedes AMG 1:37.412 + 0:00.034 31
3 31 Esteban Okon Renault 1:38.515 + 0:01.137 33
4 23 Aleksander Elbon Red Bull 1:38.547 + 0:01.169 25
5 44 Lyuis Həmilton Mercedes AMG 1:38.744 + 0:01.366 23
6 18 Ləns Stroll Racing Point 1:38.831 + 0:01.453 24
7 11 Serxio Peres Racing Point 1:38.956 + 0:01.578 24
8 26 Daniil Kvyat AlphaTauri 1:39.150 + 0:01.772 27
9 10 Pyer Qasli AlphaTauri 1:39.160 + 0:01.782 30
10 7 Kimi Rəykkönen Alfa Romeo 1:39.199 + 0:01.821 21
11 55 Karlos Sayns McLaren 1:39.330 + 0:01.952 26
12 16 Şarl Lekler Ferrari 1:39.344 + 0:01.966 25
13 4 Lando Norris McLaren 1:39.352 + 0:01.974 28
14 5 Sebastyan Fettel Ferrari 1:39.670 + 0:02.292 18
15 88 Robert Kubitsa Alfa Romeo 1:39.905 + 0:02.527 19
16 63 Corc Rassell Williams 1:40.446 + 0:03.068 24
17 6 Nikolas Latifi Williams 1:41.063 + 0:03.685 26
18 50 Mik Şumaxer Haas 1:41.235 + 0:03.857 23
19 51 Pyetro Fittipaldi Haas 1:44.069 + 0:06.691 23
20 3 Daniel Rikkardo Renault 3
, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*