Kulthard hesab edir ki, Antonelli F1-də uzun müddət çıxış edəcək

Keçmiş Formula1 sürücüsü Devid Kulthard Up to Speed podkastında Kimi Antonellinin perspektivlərindən danışıb…

Devid Kulthard: “Kimi Antonelli nailiyyətləri ilə heyran edir. Bu uğurun vacib amillərindən biri kimi mən ailəsinin təsirini, onların yarışlara yanaşmasını görürəm. Onlar özlərinə güvənirlər və ayaqlarını möhkəm yerə basırlar – eyni sözləri Maksın ailəsi haqqında da demək olar.

Bu ona uzun karyera təmin edəcək. Kimi təsadüfi uğurdan sonra başını itirənlərdən deyil. Antonelliın ailəsi San Marinoda yaşayır, onların rahat həyat üçün lazım olan hər şeyi var. Mən səmimi-qəlbdən inanıram ki, onun karyerası çox uzun sürəcək.

Ayrıca, Mercedes da xüsusi təşəkkürə layiqdir – onlar uzun illər Kimini dəstəkləyiblər, o cümlədən ötən il, onun üçün heç də ən yaxşı alınmayan debüt mövsümündə də. Bu, uzaqgörən qərar idi”.

,