D.Kulthard: Alonso uğura acdır

Sabiq Formula1 sürücüsü Devid Kulthard düşünür ki, Fernando Alonso hələ də uğura acdır.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Formula1-də 21-ci mövsümünü keçirir. O, bu müddət ərzində 32 yarış qələbəsi və iki Dünya Çempionluğu qazanıb. Lakin 41 yaşlı Alonso bu qədər uğura baxmayaraq, yenə də istəklidir.

Əslində o, 2018-ci ildə 37 yaşı olanda təqaüdə çıxmışdı. Amma sonradan məlum oldu ki. bu təqaüd deyil. İki Qat Dünya Çempionu digər seriyalarda da gücünü sınamaq istəyirdi.

O, 2021-ci ildə Alpine ilə idmana qayıtmış, 2023-cü ildə isə Aston Martin-ə transfer olunmuşdu. Alonso ilk 5 yarışın 4-dən podiumla ayrılıb və hazırda 75 xalla üçüncü yerdədir.

Devid Kulthard: “Alonso ilk dəfə Formula1-dən ayrılanda İndyCar-a getdi, Dakar-a qatıldı. İspaniyada kartinq trası var və orada davamlı olaraq sürür. Buna görə də yarış pilotu kimi psixoloji cəhətdən güclü oldu. Məsələn, Mixael geri qayıdanda yaxşı sürsə də, əvvəlki kimi deyildi. Qırx yaşı keçmişdi və qocalmışdı.

Hər şeydən başqa Fernando əsəbidir. Sadəcə iki dəfə Dünya Çempionu olduğu üçün əsəbidir və bu əsəb onu uğur qazanmağa vadar edir. Bu da çox vacibdir. Sürətinizi itirsəniz, aclığınızı da itirərsiniz. O, hələ də uğura acdır”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*