Aleks Vürs: “Məndə heç bir şübhə yoxdur ki, titul Kimiyə qismət olacaq. O, tam qaydasındadır. Titulun başqasına getməsi üçün onun ağlasığmaz dərəcədə bəxtsiz olması lazımdır, amma bəxti gətirməsə belə, yenə də öndə qalacaq, çünki rəqiblər bir-birinin əlindən xallar alacaqlar.
Bu il Kimiyə hər şey ideal uyğun gəlib: maşın, reqlament, pilotaj tərzi. Bunun üzərinə onun hələ kartinqdə və gənc formulalarda digər sürücülərdən seçilməsini təmin edən istedadını da gəlin əlavə edək.
Bu il Corc Rassellin sadəcə bəxt gətirməyib. Yaponiyada təhlükəsizlik maşını onu əlinə düşmüş qələbədən məhrum edib, amma məhz həmin vaxt Kimi özünü həqiqətən göstərib.
Bu il mövsüm maraqlıdır. Təəssüf ki, titul uğrunda intriqa yoxdur, amma gələn il o, yaranacaq. Mercedes-in üstünlüyü tədricən aradan qalxıb, 2027-ci ildə artıq üç və ya dörd komanda çempionatda qələbə uğrunda mübarizə apara biləcək. Öz güc qurğusu ilə çıxış edən Red Bull hamını sürətlə yaxalayır, buna son iki yarışda bir daha əmin olmuşuq”.





