Kimi Norrisi yaxalaya bilməsə də, ikinci yeri tutaraq şəxsi hesabda liderliyini möhkəmləndirib.
Kimi Antonelli: “Çox gərgin yarış idi və ilk hissədə liderliyə yüksələ bildim. Hər şey yaxşı gedirdi, amma ikinci hissədə döngəlarda çox sürüşən maşını hiss etmirdim. Sonda Lando məni ötdü və bundan sonra onu yenidən qabaqlamaq şansımın olmadığını artıq bilirdim.
Daha sonra Corc əsl komanda oyunçusu kimi davrandı və onun üçüncü yerdə finiş görməsinə çox sevinirəm. Komandamız inanılmaz iş görüb – biz nəzərəçarpacaq dərəcədə güclənmişik və bu gün bunun bəhrəsini gördük. Buna çox sevinirəm, amma tempimizi azaltmaq olmaz, çünki McLaren irəliyə çox böyük addım atıb. Eyni ruhda davam etməliyik”.





