S.Fettel: “Zəhmətimizin meyvəsini toplayırıq”

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, son illərdə çoxlu işləməklərinin qarşılığını alıblar.

F-1.az xatırladır ki, Ferrari komandası Fettel ilə Avstraliya yarışını qazanaraq, 18 aylıq həsrətinə son qoyub və bu mövsüm asanlıqla təslim olmayacaqlarını göstərib.

Sebastyan Fettel: “2015-ci ildə komandada çox gözəl motivasiya var idi. 2016-cı ildə yarış qazana bilmədiyimiz üçün üzərimizdəki stress də artdı və pis vəziyyətdə qaldıq, amma dayanmadan işlədik. İndi də bunun meyvələrini toplayırıq. Avstraliyadakı qələbə önəmli idi, amna bu sadəcə kiçik bir addımdır. Məqsədim daha böyük uğurlar qazanmaqdır və bunun üçün əlimizdə gözəl şans var.

Mercedes son 3 ildə inanılmaz işlər gördü. Bu mövsüm də ən böyük rəqibimiz onlardır. Valtteri də komandaya tez uyğunlaşdı və yenidən güclü sürücü heyətləri oldu. Hazırda rahatlaya bilmərik və onların önündə qalmaq üçün işləməliyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*