A.Zaydl: Sebastyanla heç vaxt danışıqlar aparmamışıq

McLaren komandasının rəhbəri Andreas Zaydl bildirib ki, heç vaxt Sebastyan Fettelə maraq göstərməyiblər.

F-1.az xatırladır ki, Formula1 tarixinin ən titullu üçüncü komandası növbəti mövsüm üçün Daniel Rikkardonu transfer edib. Ancaq əksəriyyət Fettelin növbəti mövsümdə McLaren-də çıxış edəcəyini gözləyirdi.

Andreas Zaydl: “Sebastyan heç vaxt gündəmimizdə olmayıb. Heç vaxt danışıqlar aparmadıq. Bizim əsas hədəfimiz həmişə Karlos Sayns və Daniel Rikkardo idi. Karlos ilə həmişə açıq danışdıq. Fikirlərimizi bölüşürdük. Onun Ferrari ilə danışıqlar apardığını bilirdik. Biz də uzin müddət idi ki, Daniellə danışıqlar aparırdıq. Sebastyan bizim komandaya uyğun deyildi. Onunla münasibətim yaxşıdır və son günlərdə tez-tez danışırdıq. Amma bu danşıqların heç biri Formula1 barədə deyildi”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*