C.Fizikella: Sürücülər azarkeşlərin yoxluğunu hiss etməyəcəklər

Sabiq Formula1 pilotu Cankarlo Fizikella bildirib ki, 2020-ci il mövsümünün yarışları çox həyəcanlı olacaq.

F-1.az xatırladır ki, builki Formula1 mövsümü iyulun 5-də Avstriyada başlayacaq.

Cankarlo Fizikella: “Ab-hava bir az fərqli olacaq. Ancaq əsas odur ki, mövsüm başlayır. Təbii ki, yarışların azarkeşsiz keçirilməsi qəribə olacaq. Amma sürücülərçün elə də böyük fərq etmir. Çünki yarış vaxtı sürüşlərinə, mühəndislərinə və radio danışıqlara fokuslanırlar. Lakin yarışın sonunda boliddən çıxanda azarkeşlərin olmadığını hiss edəcəklər. Ancaq yarış başlayır və bu, əla xəbərdir. Bizi həyəcanlı mövsüm gözləyir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*