M.Binotto: Rəqiblərimiz güclərini gizlədirlər

Ferrari komandasının rəhbəri Mattia Binotto düşünür ki, əksər komandalar real güclərini gizlədirlər.

F-1.az xatırladır ki, Barselonadakı qış testlərində Ferrari yaxşı təsir bağışlayıb.

Mattia Binotto: “Fərqli maşınların bir-birinə bu qədər yaxın olması məni təəccübləndirdi. Fərqli konseptlərdən fərqli performans gözləyirdik. Lakin hamı bir-birinə yaxın idi.

Performans barədə danışmaq üçün tezdir. Bəzi komandalar sürətlərini gizlədirlər. Bəhreyndəki testlərdə və ilk yarışlarda çox şeyə aydınlıq gələcək. Mövsümün əvvəlində bolidin bütün potensialını ortaya qoymağa çalışacağlq və yeniliklər gətirəcəyik. Ciddi yeniliklər yox, kiçik yeniliklər olacaq. Buna görə də ilk yarışlarda maksimum performans göstərəcəyik.

İndiyə kimi hər şeydən razıyıq. Lakin öyrənəcəyimiz çox şey var”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*