McLaren gələn ili düşünür

McLaren komandası növbəti mövsümə fokuslanmağa hazırlaşır.

F-1.az xatırladır ki, Formula1-in ən titullu üçüncü komandası son illərdə çətin dövrlər yaşasa da, bu il bir az özünə gəlib və hazırda turnir cədvəlində 4-cü yerdədir. Komandanın rəhbəri Andreas Zaydl bildirib ki, gələn il daha güclü olmaqçün işləməyə davam edəcəklər: “Bu il 2020-ci ilin inkişafına fokuslanacağıq. Gələn il bizimçün vacibdir. Növbəti iki-üç yarışda kiçik yeniliklər gətirəcəyik. Dördüncü yer uğrunda mübarizə aparmaq istəyirik. Lakin növbəti mövsümü də düşünürük. Bu il planımız var, ancaq gələn il üçün başqa planlarımız var. Son iki yarışda az xal topladıq, amma idmanda belə hallar olur”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*