S.Fettel: Ən yaxşı cümə günümüz idi

Aston Martin komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, ən yaxşı cümə gününü keçirib. və yeniliklər əla işləyib.

F-1.az xatırladır ki, almaniyalı sürücü İspaniyada ilk dəfə komandanın yeniliklərindən istifadə edib. Günü 11-ci yerdə bağlayan dördqat Dünya Çempionu yeniliklərdən razı qalıb: “İndiyə kimi keçirdiyimiz ən yaxşı cümə günü idi. Boliddə özümü yaxşı hiss edirəm. Bu tras fərqlidir, amma burada özümü evimdəki kimi hiss elədim. Hər şey yaxşılığa doğru gedir. Lakin yaxın mübarizə var və şənbə günü harada olacağımızı deyə bilmərəm.

Yeniliklər asfaltayatma qüvvəsini artırdılar. Buna görə xoşbəxtəm. Paketimizi təkmilləşdirməliyik. Orta qrup bir-birinə çox yaxındırvə buna görə hər şey bizim lehimizə ola bilər. Hədəfimiz sıralanma turunda son sessiyaya qalmaqdır”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*