McLaren Alonsonu saxlamaq üçün hər şey edəcək

McLaren komandasının əməliyyat direktoru Conatan Nil bildirib ki, Fernando Alonsonu komandada saxlamaq üçün hər şey edəcəklər.

F-1.az xatırladır ki, ispaniyalı sürücünün komanda ilə olan müqaviləsi ilin sonunda başa çatacaq. İkiqat Dünya Çempionu ilə Mercedes, Ferrari və Renault komandaları maraqlanır.

Conatan Nil: “McLaren-in gələcəyinə ümidliyəm. Son 12 ayda çox inkişaf etdik və irəliyə doğru addım atmağa hazırıq. Son yarışda əsl gücümüzü göstərdik. Təbii ki, bunu bütün mövsüm etməliyik. Buna görə də mühərrik cəhətdən daha güclü olmalıyıq. 2018-ci il mühərriyi üçün Honda ilə danışıqlar davam edir. Hələ qəti qərar verməmişik. Fernandonun komanda üçün etdikləri göz qabağındadır. Həmişə əlindən gələni edərək, komandanı irəli apara bilir. Onun kimi sürücü ilə davam edə bilmək üçün əlimizdən gələni edəcəyik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*