Pirelli 2018-ci ilin yağış və keçid təkərlərini sınaqdan keçirib

Testlər cəmi 2 gün davam edib.

Pirelli-yə gələnilki yağış və keçid təkərlərinin prototiplərinin yoxlanılmasında Red Bull komandası kömək edib. Pol Rikar trasında baş tutan testlər çox səmərəli olub – Maks Ferstappen 136, Daniel Rikkardo isə 121 dövrə vurub. Digər statistik məlumatlar isə verilməyib.

Əvvəldən müəyyən olunmuş proqrama əsasən, növbəti testlər iyunun sonunda baş tutacaq – Red Bull komandası Pol Rikarda bu dəfə gələn il üçün nəzərdə tutulmuş sliklərin protoriplərini yoxlayacaq.

F-1.az Pirelli-nin builki test proqramını bir daha nəzərinizə çatdırır.

Tarix Gün Tras Komanda Test edilən təkər
18-19 aprel 1 Saxir Ferrari (1 gün) Quru
16-17 may 4 Katalunya Renault (2 gün) + Toro Rosso (2 gün) Quru
31 may – 1 iyun 2 Pol Rikar Red Bull (2 gün) Yağış
29-30 iyun 2 Pol Rikar Red Bull (2 gün) Quru
18-19 iyul 4 Silverstoun Williams (2 gün) + Haas (2 gün) Quru
19-20 iyul 2 Manyi Kur McLaren (2 gün) Yağış
1-2 avqust 1 Hunqarorinq Mercedes (1 gün) Quru
3-4 avqust 2 Katalunya Ferrari (2 gün) Quru
7-8 sentyabr 2 Pol Rikar Mercedes (2 gün) Quru
31 oktyabr – 1 noyabr 3 Rodriges qardaşları Sauber (2 gün) + Force İndia (1 gün) Quru
14-15 noyabr 2 İnterlaqos McLaren (2 gün) Quru
, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*